Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 5 dekabr. REPORT.AZ/ Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.
Hadisə
5 Dekabr , 2018 17:58
Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, M.Migirovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini Mişi Migirov həmyerlisi Şuşan Sumxayevanı qəbirstanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb.

Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi