Qubada qanunsuz tikili sökülüb

Qubada qanunsuz tikili sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Hadisə
18 Mart , 2024 09:48
Qubada qanunsuz tikili sökülüb

Qubada kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri apardığını aşkarlayıb.

Dövlət Agentliyi Quba Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.

Son xəbərlər

Orphus sistemi