Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələndi

Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələndi Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir
Hadisə
1 Dekabr , 2020 17:58
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələndi

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi A.Abayev və orada olan 27 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Son xəbərlər

Orphus sistemi