Qubada qadağan edilən dini təriqəti təbliğ edən şəxslər barəsində protokol tərtib olunub
Hadisə
- 07 iyul, 2016
- 07:42
Bakı. 7 iyul. REPORT.AZ/ Qubada 8 nəfərin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etməsi faktı aşkarlanıb.
“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.
Son xəbərlər
04:04
Demokratlar Pentaqonun maliyyələşdirilməsi haqqında qanun layihəsini dəstəkləməyiblər
Digər ölkələr03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23
Didye Deşam: "Etiraf etməliyik ki, bu gün həmişəkindən zəif çıxış etdik"
Futbol02:19
"Mehr": ABŞ Buşehr AES-ə hücum edə bilər
Region02:15
Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"
Futbol02:06
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
Futbol01:50