Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
15 Noyabr , 2016 12:02
Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Quba. 15 noyabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb. 

Quba rayon sakini Sahib Mircəfərovun idarə etdiyi "MAN" markalı yük maşını və Əzizağa Hüseynovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2109"-un sürücüsü Ə.Hüseynov hadisə yerində ölüb.  

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi