Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub - VİDEO

Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub - VİDEO Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.
Hadisə
10 İyun , 2021 13:13
Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub - VİDEO

Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.

"Report un Şimal bürosunun verdiyi məlumata görə, hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sadıq Ramazanov
Sadıq Ramazanov

Son xəbərlər

Orphus sistemi