Quba. 13 aprel. REPORT.AZ/ Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub.
Quba Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib".
*** saat 12:34
Quba. 13 aprel. REPORT.AZ/ Quba rayonunda mikroavtobus dərəyə aşıb, yaralılar var.
"Report"un şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun 173-cü km-də, rayonun Atuc kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu dərəyə aşıb.
Qəza nəticəsində avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.