Qubada metal qəbulu məntəqəsindən oğurluq edən şəxsin məhkəməsi başlayır

Qubada metal qəbulu məntəqəsindən oğurluq edən şəxsin məhkəməsi başlayır Quba rayonunda metal qəbulu məntəqəsindən oğurluq edən Asəf Ocaqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
16 Dekabr , 2019 12:46
Qubada metal qəbulu məntəqəsindən oğurluq edən şəxsin məhkəməsi başlayır

Quba rayonunda metal qəbulu məntəqəsindən oğurluq edən Asəf Ocaqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayob Məhkəməsinə göndərilib. 

Hakim İlqar Məmmədovun icraatına verilən iş üzrə hazırlıq iclası dekabrın 25-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında baş verib. Rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq edilib. Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Araşdırmalarla məlum olub ki, məntəqəyə qapını sındırmaq yolu ilə daxil olan və orada yerləşən şkafdan pulları oğurlayan A.Ocaqov törətdiyi cinayətin izini itirmək məqsədilə məntəqəyə quraşdırılmış müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı onun başqa oğurluq törətdiyi də məlum olub. 

A.Ocaqova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi