Qubada meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Qubada meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Bakı. 11 aprel. REPORT.AZ Bu gün Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində saat 15:40 radələrində söndürülüb.
Hadisə
11 Aprel , 2018 15:57
Qubada meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
Report

Bakı. 11 aprel. REPORT.AZ Bu gün Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində saat 15:40 radələrində söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb: "Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır".

Xatırladaq ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.


*** 15:26

Bakı. 11 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, aprelin 11-də saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib: “Daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür”.


*** 13:59

Quba. 11 aprel. REPORT.AZ/ Quba rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Zərqava kəndi ərazisində meşə massivində səhər saatlarında başlayan yanğın hələ də davam edir. 

Yerli sakinlər meşədə baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. 

Yanğın getdikcə böyük ərazini əhatə etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi