Qubada "Mercedes" dərəyə yuvarlanıb: 2 ölü

Qubada "Mercedes" dərəyə yuvarlanıb: 2 ölü Qəza nəticəsində sürücüsü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər
Hadisə
7 İyun , 2015 06:20
Qubada Mercedes dərəyə yuvarlanıb: 2 ölü

Bakı. 7 İyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu Təngəaltı kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb.

"Report" FHN-nin saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində sürücüsü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:11-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi