Qubada məktəb direktorunun evi yandırılıb - FOTO - VİDEO

Qubada məktəb direktorunun evi yandırılıb - FOTO - VİDEO Hadisə rayonun Qırız Dəhnə kəndində baş verib
Hadisə
6 Aprel , 2017 12:48
Qubada məktəb direktorunun evi yandırılıb - FOTO - VİDEO
Report.az

Quba. 6 aprel. REPORT.AZ/ Quba rayonunda məktəb direktorunun evi yandırılıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb. 

İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.  

Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Hadisə yerinə gələn Quba rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər. 

Yanğının səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi