Yuxarı

Qubada məktəb binasında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 18:48

Quba. 22 fevral. REPORT.AZ/ Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.

Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib. Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


***16:57

Quba rayonunda məktəb binasında yanğın olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi