​Qubada maşın oğurlayan şəxs qəza törədib - FOTO

​Qubada maşın oğurlayan şəxs qəza törədib - FOTO Avtomobil tamamilə yararsız hala düşüb
Hadisə
15 Aprel , 2016 18:45
​Qubada maşın oğurlayan şəxs qəza törədib - FOTO

Bakı. 15 aprel. REPORT.AZ/ Quba şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, 1970-ci il təvəllüdlü sürücü Murad Murtuz oğlu Bağırov hadisə yerindən Quba şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Mirabbas oğlu Xürrəmiyə məxsus "VAZ-21011" markalı avtomobili onun işlədiyi Heydər Əliyev prospektində yerləşən "24 saat market"in qarşısından oğurlayaraq qaçıb. Ancaq M.Bağırov çox keçmədən N.Xürrəmiyə məxsus avtomobili "KamAZ" yük maşınına çırpıb. Hadisə yerinə gələn polis əməkdaşları sürücünün sərxoş olduğunu aşkarlayıblar. M.Bağırov qəzadan yüngül bədən xəsarətləri ilə qurtulub. Avtomobil isə tamamilə yararsız hala düşüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşadırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi