Yuxarı
    Bağlamaq

    Qubada maşın maneəni aşaraq kafenin həyətinə girib, 1 nəfər yaralanıb - FOTO

    Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib

    Bakı. 17 aprel. REPORT.AZ/ Qubanın H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, "40 BF 800" dövlət qeydiyyat nişanlı "Hundai" markalı avtomobil yüksək sürətlə yol kənarındakı maneəni yıxaraq kafenin həyətinə girib.

    Qəza İqrıq kəndindən olan sürücü Akif Qədirovun idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Avtomobilə ciddi ziyan dəyib.

    Hazırda Quba polisi hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi