Yuxarı

​Qubada maşın ağaca çırpılıb, 3 nəfər ölüb - YENİLƏNİB - FOTO - VİDEO

Hadisə Barlı kəndində baş verib

İlk xəbər 22:00-da dərc olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Qubanın Barlı kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı "90 VR 410" dövlət qeydiyyat nişanlı avtomobil çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər dünyasını dəyişib.

*** 22:49

Hadisə yerinə Quba rayon prokuroru Valeh Səmədov və Quba rayon Polis İdarəsinin rəisi Telman Ağasiyev, həmçinin bələdiyyə sədri Vüqar Şirinov, İcra Hakimiyyəti nümayənədəsi Fazil Sevdiyev də gəlib.

*** 22:58

Polisin məlumatına görə, avtomobil Bakı şəhər Nəsimi rayon sakini Qəribova Hicran Samir qızına məxsusdur. Hadisə baş verən zaman maşını Sumqayıt şəhər sakini Qəribov Seymur Samir oğlu idarə edib. Ölənlərdən birinin meyiti Xaçmaz, digər ikisinin meyiti isə Quba rayon mərkəzi xəstəxanalarına aparılıb.

*** 03:47


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi