Yuxarı

Qubada leysan yağışları dağıntılara səbəb olub

Təbii fəlakət nəticəsində kəndlərarası rabitə kəsilib

Quba. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-dən 2-nə keçən gecə Quba rayonunun dağlıq ərazilərində leysan xarakterli yağışın yağması ilə əlaqədar çaylarda suyun səviyyəsi qalxaraq dağıntılara səbəb olub.

Quba Telekommunikasiya Qovşağının (TKQ) rəisi Kamran Əhmədov "Report"un şimal bürosuna bildirib ki, təbii fəlakət nəticəsində Qonaqkənd-Söhüb kəndləri arasındakı 400 metr, Təngəaltı-Çiçi kəndləri istiqamətində 300 metr, Küpçal- Qəçrəş istiqamətində 400 metr fibrooptik, 600 metr  digər növ kabel, eyni zamanda Söhüb, Yerfi, Əlik kəndləri əraziisndə çay kənarı hava rabitə xətlərində 30 ədəd dirək, 750 metr kabeli sel yuyub aparıb.

Kəndlərarası rabitəni bərpa etmək üçün 6 ədəd fibrooptik mufta, 30 ədəd rabitə dirəyi, ümumilikdə 2 450 metr müxtəlif növ kabel və digər materiallara ehtiyac duyulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi