AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB

AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Hadisə
23 aprel 2025 21:05
AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. 

Bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər", - A.Nəcəfli bildirib.

Onun sözlərinə görə, sabah agentliyin mütəxəssisləri tərəfindən körpüyə baxış keçiriləcək: "Bundan sonra körpünün vəziyyəti ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq".

Sənan Ağamalızadə

19:26

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb. 

Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir. 

Hazırda yol ötürücüsü bağlanıb. 

Son xəbərlər

Orphus sistemi