Qubada keçmiş məhkum həmyerlisini bıçaqlayıb

Qubada keçmiş məhkum həmyerlisini bıçaqlayıb Qubada keçmiş məhkum həmyerlisini bıçaqlayıb.
Hadisə
30 Oktyabr , 2019 11:08
Qubada keçmiş məhkum həmyerlisini bıçaqlayıb

Qubada keçmiş məhkum həmyerlisini bıçaqlayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna bildirilib ki, oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilən kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. 

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi