Qubada itkin düşən azyaşlı tapılıb

Qubada itkin düşən azyaşlı tapılıb Quba rayonunda itkin düşən azyaşlı tapılıb.
Hadisə
26 İyun , 2019 11:16
Qubada itkin düşən azyaşlı tapılıb

Quba rayonunda itkin düşən azyaşlı tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, iyunun 25-i gecə saat 3 radələrində rayon sakini Ceyhun Cəfərov Quba Rayon Polis Şöbəsinə (RPŞ) azyaşlı uşağının itməsi barədə məlumat verib. 

Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-yə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni C.Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi