Qubada istirahət mərkəzini təbii qazla təmin edən xəttin üzərinə qaya parçaları düşüb - FOTO

Qubada istirahət mərkəzini təbii qazla təmin edən xəttin üzərinə qaya parçaları düşüb - FOTO "Azəriqaz": Həmin xətt təmir edilib və istirahət mərkəzinə təbii qazın verilişi bərpa olunub
Hadisə
1474
22 İyun , 2016 16:54
Qubada istirahət mərkəzini təbii qazla təmin edən xəttin üzərinə qaya parçaları düşüb - FOTO

Quba. 22 iyun. REPORT.AZ/ Quba rayonundakı "Nazlı Bulaq" istirahət mərkəzini təbii qazla təmin edən xətt sıradan çıxıb.  

"Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Quba-Xınalıq magistral yolu istiqamətində yolun kənarı ilə yeni çəkilmiş qaz xəttinin üzərinə gecə saatlarında qaya parçalarının düşməsidir.  

Nəticədə bir neçə saat ərzində yol bağlanıb. "Azəravtoyol" ASC-nin texnikası əraziyə cəlb olunub və nəqliyyatın hərəkəti bərpa olunub. 

Ancaq əraziyə qazın verilişi müvəqqəti dayandırılıb. 

"Azəriqaz" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, Qubadakı istirahət mərkəzlərindən birini təbii qazla təmin edən xətt üç gün əvvəl sıradan çıxıb: "Hazırda həmin xətt təmir edilib və istirahət mərkəzinə təbii qazın verilişi bərpa olunub". 

Son xəbərlər

Orphus sistemi