Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb
Hadisə
- 14 iyul, 2023
- 04:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
17:21
ABŞ-dən Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb
Sağlamlıq
17:17
Foto
Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
Daxili siyasət
17:16
Foto
MMU-da Zəfər Gününə həsr olunmuş Respublika Elmi-Praktik Konfransı başa çatıb
Hərbi
17:13
İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb
Futbol
17:12
Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
Ekologiya
17:08
Portuqaliya millisini tərk edən Ronaldu üçün xüsusi tədbir təşkil olunacaq
Futbol
17:01
Foto
Bahar Muradova Salyanda vətəndaşları qəbul edib
Daxili siyasət
17:00
AQP: Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
İnfrastruktur
16:59
Foto
Ağdamda futbol üzrə "Zəfər naminə-Birlik Kuboku" keçirilir
Futbol