Qubada polis əməkdaşı qəzaya düşüb

Qubada polis əməkdaşı qəzaya düşüb Quba rayonunda iki avtomobil toqquşub, polis əməkdaşı xəsarət alıb.
Hadisə
25 oktyabr 2022 15:05
Qubada polis əməkdaşı qəzaya düşüb

Quba rayonunda iki avtomobil toqquşub, polis əməkdaşı xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi