Qubada həmyerlisini öldürmək istəyən şəxs kassasiya şikayəti verib

Qubada həmyerlisini öldürmək istəyən şəxs kassasiya şikayəti verib Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Hadisə
28 May , 2019 15:43
Qubada həmyerlisini öldürmək istəyən şəxs kassasiya şikayəti verib
Report

Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, kassasiya şikayəti hakim Şahin Yusifovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il fevral ayında Qubada baş verib. Rəşad Hacıyev həmyerlisi Orxan Süleymanovu öldürməyə cəhdə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad Hacıyev apelyasiya şikayəti verərək əmlin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

Orphus sistemi