Qubada hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib - YENİLƏNİB

Qubada hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib - YENİLƏNİB Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
26 Dekabr , 2018 11:17
Qubada hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib - YENİLƏNİB
0 : 00
0 : 00

Quba. 26 dekabr. REPORT.AZ/ Quba rayonunda piyadanın ölümünə səbə olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un yerli bürosunun hüquq-mühafizə orqanlarının əməkdaşlarından əldə etdiyi məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib

Belə ki, dekabrın 25-də saat 01 radələrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə, piyada Qusar rayon sakini Bəhruz Koroğluyevi vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilib, şahidlər dindirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat, məhkəmə-trosoloji və məhkəmə-lifli ekspertizaları təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


*** 21:56

Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində qeydə alınıb.

Belə ki, Qusar rayon sakini Bəhruz Koroğluyev yolu keçəmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. 

Yaralı Aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürcünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi