Qubada gənc zərgərlərə sertifikatlar verilib

Qubada gənc zərgərlərə sertifikatlar verilib Quba rayonunda gənc zərgərlərə sertifikatlar verilib.
Hadisə
24 Aprel , 2019 15:56
Qubada gənc zərgərlərə sertifikatlar verilib

Quba rayonunda gənc zərgərlərə sertifikatlar verilib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba “ASAN həyat” kompleksində milli zərgərlik üzrə peşə təlimlərini uğurla başa vuran gənc zərgərlər sertifikatla təltif olunub.

Təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olub, zərgərlik sənətinin tarixçəsini öyrənib, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat əldə edib. Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olub, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnib.

Zərgərlik təlimlərini bitirən şəxslər peşakar fərdi fəaliyyət üçün sertifikat əldə etməklə yanaşı, eyni zamanda hazırladıqları məsulları  müqavilə bağlayaraq “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı da əldə etmiş olurlar.

Son xəbərlər

Orphus sistemi