Qubada evlərdən oğurluq edən dəstə üzvləri tutulub

Qubada evlərdən oğurluq edən dəstə üzvləri tutulub Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov bir neçə evdən oğurluq ediblər
Hadisə
29 Yanvar , 2016 13:44
Qubada evlərdən oğurluq edən dəstə üzvləri tutulub

Bakı. 29 yanvar.REPORT.AZ/ Qubada evlərdən oğurluq edən dəstə üzvləri tutulub.

"Report" xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Mübariz Paşayevin evindən 100 ABŞ dolları və geyim əşyaları oğurlayan Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov tutulub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların rayon sakinləri S.Nəcəfova, Z.Əmirxanovaya məxsus evlərdən oğurluğa cəhd göstərmələri, L.Abbasovanın, V.Abdullayevin evlərindən qızıl əşyalar və pul oğurlamaları, həmçinin E.Əmirbəyovun və A.Qurbanovun Quba şəhər sakini Qalib Sultanovla birgə həmyerliləri Ramiz Dəmirovun evindən sənəd və ətir oğurlanmaları da müəyyən edilib. Həyata keçirilən tədbirlərlə Q.Sultanov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi