Qubada evdən oğurluq edən şəxslər saxlanılıb

Qubada evdən oğurluq edən şəxslər saxlanılıb Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba raynunun Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.
Hadisə
138
9 Dekabr , 2021 12:00
Qubada evdən oğurluq edən şəxslər saxlanılıb

Quba rayonunda evdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba rayonunun Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi