Qubada COVID-19 xəstəsi saxlanıldı
Hadisə
- 07 aprel, 2021
- 11:07
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Quba rayonu Barlı kənd sakini Elşən Abdullayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.
E.Abdullayev kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.
Həmin şəxs barəsində Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47
Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
Digər ölkələr01:18
"Liverpul" "Barselona"nın 60 milyon avroluq müdafiəçisini transfer etmək istəyir
Futbol00:44
Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Digər ölkələr00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47