Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb

Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.
Hadisə
18 Noyabr , 2020 12:43
Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 17-də Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunub, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edib və digər insanlar üçün real təhlükə yaradıblar.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi