Yuxarı
    Bağlamaq

    Meşədə azan Quba sakininin axtarışı davam edir

    Əraziyə Quba rayon polis əməkdaşları cəlb olunub

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Qubanın Püstəqasım kənd sakini atla meşəyə odun toplamağa yollandıqdan bir müddət sonra itkin düşüb. 

    “Report” xəbər verir ki, evə qayıtmaq istəyən 55 yaşlı Fikrət Məmmədov həyat yoldaşı Əntiqə Məmmədovaya zəng vurub və meşədə azdığını deyib. 

    Əntiqə Məmmədova isə öz növbəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə həyat yoldaşının itkin düşməsi barədə məlumat verib. 

    Yerini müəyyən etmək üçün Fikrət Məmmədova zəng vurulsa da onun telefonuna zəng çatmayıb. Faktla bağlı araşdırma davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi