Qubada avtomobillə vurulan motosikletçi xəstəxanada koma vəziyyətindədir

Qubada avtomobillə vurulan motosikletçi xəstəxanada koma vəziyyətindədir Qubada ötən gün avtomobillə vurulan motosikletçinin vəziyyəti ağırdır.
Hadisə
11 İyul , 2021 23:28
Qubada avtomobillə vurulan motosikletçi xəstəxanada koma vəziyyətindədir

Qubada ötən gün avtomobillə vurulan motosikletçinin vəziyyəti ağırdır.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, ötən gün gecə saatlarında şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb.

Xəsarətlərlə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən 2002-ci il təvəllüdlü Fərid Elnur oğlu Mirzəyevin vəziyyəti ağırlaşıb.

Hal-hazırda F.Mirzəyev dərin koma vəziyyətindədir, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi