Yuxarı

​Qubada avtomobilin dərəyə yuvarlanması nəticəsində iki nəfər ölüb

Qəza Təngəaltı kəndində baş verib

Bakı. 1 İyul. REPORT.AZ/ Bu gün gecə saatlarında Qubanın Təngəaltı kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində maşının sürücüsü və sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verərək ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi