Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçıb

Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçıb Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 İyul , 2021 00:29
Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçıb

Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi