Qubada avtomobil piyadanı vuraraq öldürdü - YENİLƏNİB

Qubada avtomobil piyadanı vuraraq öldürdü - YENİLƏNİB Quba rayonunun Paşoba kəndi ərazisində baş verən yol qəzası zamanı dünyasını dəyişən piyadanın şəxsiyəti məlum olub.
Hadisə
4 Aprel , 2020 13:13
Qubada avtomobil piyadanı vuraraq öldürdü - YENİLƏNİB

Quba rayonunun Paşoba kəndi ərazisində baş verən yol qəzası zamanı dünyasını dəyişən piyadanın şəxsiyəti məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, bu, Pa.oba kənd sakini, 1965-ci il təvəllüdlü Feyzulla Eldarov olub. 

Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Baş verən hadisə ilə bğlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 


*** 10:23

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Paoşba kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini Mehman Bayramov idarə etdiyi "Moskviç" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən orta yaşlı kişini vurub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi