Qubada avtomobil piayadanı vuraraq öldürüb - YENİLƏNİB

Qubada avtomobil piayadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 Noyabr , 2016 12:27
Qubada avtomobil piayadanı vuraraq öldürüb - YENİLƏNİB

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb. "Report" un Şimal bürosunun məlumatına görə, naməlum avtomobil tərəfindən vurulan rayon sakini 1964-cü il təvəllüdlü İlham Nəcim oğlu İdrisov xəstəxanada ölüb. 

Xəstəxanadan bildirilib ki, həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

12:04

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Pivahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayon sakini 1964-cü il təvəllüdlü İlham Nəcim oğlu İdrisov yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan "Audi"  markalı avtomobil tərəfindən vurulub. Nəticədə İ.İdrisov ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi