Quba. 30 iyun. REPORT.AZ/ Ötən gün Quba-Xınalıq yolunda qəza baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, "Niva" markalı avtomobil əvvəlcə idarəetməni itirərək yoldan çıxıb, daha sonra dağdan aşağı yuvarlanaraq çaya düşüb.
Hadisə Quba-Xınalıq yolunun Elig çayı üzərindəki körpüsündən dönən hissəsində baş verib.
Avtomobil dağdan aşağı düşsə də, sürücü, Elig kənd sakini Ceyhun Məclis oğlu heç bir xəsarət almadan xilas ola bilib.