Qubada avtomobil dərəyə aşıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Qubada avtomobil dərəyə aşıb, sürücü ölüb - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
12 İyul , 2017 13:18
Qubada avtomobil dərəyə aşıb, sürücü ölüb - FOTO - YENİLƏNİB
Report.az

Quba. 12 iyul. REPORT.AZ/ Bakı-Quba yolunda "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşan sürücü xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində ağır bədən xəsarətləri alaraq komaya düşən sürcü, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi Quba mərkəzi rayon Xəstəxanasında ölüb.


*** 10:28

Quba. 12 iyul. REPORT.AZ/ Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi