Qubadakı qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qubadakı qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Oktyabr , 2024 12:00
Qubadakı qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qubada yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Quba - Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol qəzasında “Hyundai” markalı minik avtomobilinin sərnişini İbrahimov Ucal Şahbaz oğlu dünyasını dəyişib.

Sürücü, Balayarov Mehman Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

09:09

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi