Qubada atasını amansızlıqla öldürən şəxsə hökm oxundu

Qubada atasını amansızlıqla öldürən şəxsə hökm oxundu Qubada atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mətləb Şükürovun cinayət işi məhkəmə prosesi başa çatıb
Hadisə
15 Fevral , 2021 10:54
Qubada atasını amansızlıqla öldürən şəxsə hökm oxundu

Qubada atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mətləb Şükürovun cinayət işi məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, M.Şükürov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 15-də Qubanın Birinci Nügədi kəndində baş verib.

İttihama görə, M.Şükürov atası Bəşarət Şükürovun Rusiya Federasiyasından qayıdaraq birbaşa evlərinə gəldiyini və həyətdəki qarın təmizlənməməsinə görə anası ilə mübahisə etdiyini görüb. Atası əvvəllər də ailə üzvlərinə qarşı pis davrandığı üçün anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu gördükdə öldüyünü zənn edib. O atasına çoxsaylı bıçaq zərbələri vurub, daha sonra isə belin taxta sapı və dəmir hissəsi ilə zərbələr endirib.

Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi