Qubada arvadının başını kəsməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qubada arvadının başını kəsməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib
Hadisə
12 Sentyabr , 2017 12:03
Qubada arvadının başını kəsməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Qubada arvadına 5 balta zərbəsi vuraraq, daha sonra başını kəsən şəxsin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, qətldə təqsirləndirilən Murad Ələsgərovun ibtidai istintaqı Qubara rayon Prokurorluğunda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında Qubanın Güləzi kəndində baş verib. Həmin kənddə yaşayan M.Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 balta zərbəsi endirərək, onun başını kəsib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. U.Ələsgərova aldığı zərbələrdən keçinib. 

M.Ələsgərov könüllü olaraq Quba Rayon Polis Şöbəsinin (RPŞ) gələrək istintaqa təslim olub.

Son xəbərlər

Orphus sistemi