Qubada arvadını amansızcasına öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Qubada arvadını amansızcasına öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
20 Mart , 2018 17:39
Qubada arvadını amansızcasına öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 20 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Qubada arvadını amansızcasına öldürməkdə təqsirləndirilən Murad Ələsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Ələsgərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2017-ci ilin mayın 20-də Qubanın Güləzi kəndində baş verib. Həmin kənddə yaşayan M.Ələsgərov tövlədə inək sağan həyat yoldaşı Ulduz Ələsgərovaya 5 balta zərbəsi endirərək onu amansızcasına öldürüb. Qonşular səsə hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. U.Ələsgərova aldığı zərbələrdən keçinib.

İttihama görə, M.Ələsgərov həyat yoldaşına ilk zərbəni vuran zaman onun azyaşlı qızı da hadisə yerində olub. Daha sonra qızı qorxusundan bayıra qaçıb. 

M.Ələsgərov könüllü olaraq Quba Rayon Polis Şöbəsinin (RPŞ) gələrək istintaqa təslim olub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Ələsgərov apellyasiya şikayəti verib.

Orphus sistemi