Qubada alışqanla qorxutma yolu ilə quldurluq edilib

Qubada alışqanla qorxutma yolu ilə quldurluq edilib Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
26 Oktyabr , 2016 12:20
Qubada alışqanla qorxutma yolu ilə quldurluq edilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Quba rayonunda oğru tapança görünüşlü əşya ilə mağaza satıcılarına qarşı hədə-qorxu gələrək quldurluq edib.

"Report"un xəbərinə görə, hadisə Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Burada mağazaya daxil olan naməlum şəxs satıcı işləyən Elvin Musayevi və Rövşən Abbasovu tapançaya oxşar əşya ilə hədələyib və kassadan 100 manat pul aparıb.

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Birinci Nügədi kənd sakini 48 yaşlı Murad Qonaqbəyov tutulub.

Araşdırmalar zamanı M.Qonaqbəyovun hadisəni törədərkən istifadə etdiyi əşyanın tapança görünüşlü alışqan olması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi