"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, şəhərdə “ZİL” markalı yük avtomobili ilə "NİVA" markalı minik avtomobili toqquşub.
FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan 1 nəfər "NİVA" markalı minik avtomobilində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalan meyiti avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.