Qubada 5 yaşlı uşaq itkin düşüb - FOTO
Hadisə
- 28 avqust, 2017
- 19:23
Quba. 28 avqust. REPORT.AZ/ Qubada 5 yaşlı uşaq itkin düşüb.
"Report"un Şimal bürosu xəbər verir ki, Əliyev Natiq Namiq oğlu bazar ertəsi saat 17:00 radələrində Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.
Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı itkin düşüb. Onlar həmçinin uşağın sərbəst danışmaqda çətinlik çəkdiyini qeyd ediblər.
Hazırda Quba rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.
Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 070- 207-09-97.
Son xəbərlər
02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10
Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
Digər ölkələr00:40
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
Digər ölkələr00:15
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
Digər ölkələr23:55
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
Digər ölkələr23:45
ABŞ-nin energetika naziri hazırda İranla razılaşmaya ümid etməməyə çağırıb
Digər ölkələr23:30