Qubada 48 yaşlı qadın intihar edib

Qubada 48 yaşlı qadın intihar edib Mərhumun cibindən əlyazması olan məktub tapılıb
Hadisə
453
8 May , 2021 18:40
Qubada 48 yaşlı qadın intihar edib
0 : 00
0 : 00

Quba rayonunda 48 yaşlı qadın intihar edib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Vladimirovka kəndində qeydə alınıb.

Belə ki, Quba rayonunun Qəcər-zeyid kəndində qeydiyyatda olan, Vladimirovka kəndində yaşayan 1974-cü il təvəllüdlü Xatirə Xasbala qızı Nurullayeva bu gün yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

Mərhumun cibindən əlyazması olan məktub tapılıb. Onun psixoloji problemi olduğu, bir neçə gün əvvəl də kimyəvi məhlul içərək özünə qəsd etmək istədiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi