Qubada 43 yaşlı kişi özünü asıb

Qubada 43 yaşlı kişi özünü asıb Quba rayonunda intihar hadisəsi baş verib.
Hadisə
10 İyul , 2021 22:21
Qubada 43 yaşlı kişi özünü asıb

Quba rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhərində qeydə alınıb.

Şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Feyruz oğlu Həsənov özünü yaşadığı evdə asaraq öldürüb.

F. Həsənovun psixoloji problemləri olduğu, əvvəllər də intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, F. Həsənov ailəlidir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi