Qubada 4 avtomobil toqquşub, xəsarət alan var - VİDEO

Qubada 4 avtomobil toqquşub, xəsarət alan var - VİDEO Qubada xəsarətlə nəticələnən zəncirvari qəza olub.
Hadisə
25 İyun , 2021 21:59
Qubada 4 avtomobil toqquşub, xəsarət alan var - VİDEO
0 : 00
0 : 00

Qubada xəsarətlə nəticələnən zəncirvari qəza olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “NAZ Lifan” markalı avtomobil yol kənarında dayanan “Chevrolet Aveo”, “VAZ-21014” və VAZ-21015 markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “NAZ Lifan”ın sürücüsü xəsarət alıb. Yaralı Quba Rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi