Quba rayonunda ruhi xəstə olduğu bildirilən kişi çöldə ölü tapılıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Püstəqasım kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Zakir Cabir oğlu Hacəliyev ötən gün çöllük əraziyə mal-qaranı evə gətirmək üçün evdən çıxıb, gecəni geri qayıtmayıb.
Narahat olan ailə üzvləri onu axtararkən çöldə ölmüş vəziyyətdə tapıblar.
Qeyd edək ki, Z.Hacəliyev ailəlidir, ruhi xəstəlikdən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.