Qubada 30 yaşlı kişi bıçaqlanıb

Qubada 30 yaşlı kişi bıçaqlanıb Quba. 22 sentyabr. REPORT.AZ/ Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi olub.
Hadisə
22 Sentyabr , 2018 21:57
Qubada 30 yaşlı kişi bıçaqlanıb

Quba. 22 sentyabr. REPORT.AZ/ Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü yerli sakin Zeynalov Təvəkkül Mirabbas oğlu döş qəfəsindən bıçaqlanaraq xəsarət alıb.

Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən T.Zeynalovun vəziyyəti orta-ağırdır.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi