Qubada 3 uşaq atası özünü asaraq öldürüb - YENİLƏNİB

Qubada 3 uşaq atası özünü asaraq öldürüb - YENİLƏNİB Hadisə rayonun Talabı kəndində baş verib
Hadisə
3 Sentyabr , 2017 18:42
Qubada 3 uşaq atası özünü asaraq öldürüb - YENİLƏNİB

Quba. 3 sentyabr. REPORT.AZ/ Quba rayonunda intihar  edən üç uşaq atasının kimliyi məlum olub. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Talabı kənd sakini, 1985-ci il təvəllüdlü Müzəffərov Samir Babaşah oğlu özünü asaraq öldürüb.

Ş.Müzəffərov 3 uşaq atası olub.

Faktı Quba Rayon İcra Hakimiyyətinin Talabı kənd İƏV nümayəndəsi Xanlar Heybətov və kənd sakinləri də təsdiq edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***18:03

Quba rayonunda intihar hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Talabı kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini hələlik bilnməyən səbəbdən özünü asaraq intihar edib. 

Onun meyiti asılmış vəziyyətdə həyətlərində olan yarımçıq tikilidə yaxınları tərəfindən aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşları gəlib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi